18:04
(077) 610-22-33

Daha bir qəzet nazirin oğlundan üzr istədi

  • >
808 3 Dekabr 2012 17:01 | Siyasət

"Gündəm xəbər" qəzeti ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyərək təkzib verib.

AzNews.az-ın məlumatına görə, qəzet 28 noyabr 2012-ci il tarixində dərc olunan sayında 39 (406) saylı fevral 2012-ci il tarixli nömrəsində "Nazir oğlunun avtovağzal davası" başlığı və "Dəfələrlə qardaşımı çağırıb məni yola gətirməyi tapşırıblar" yarımbaşlığı, 193 (561) saylı 24 avqust 2012-ci il tarixli nömrəsində "Nazir oğlu ölkənin dəmiryol nəqliyyatını ələ keçirir" başlığı və "Dəmir yol nəqliyyatı ilə hərəkət edən marşrutlar Anar Məmmədova məxsusdur" yarımbaşlığı və qəzetin 06 sentyabr 2012-ci il tarixli 204 (572) saylı nömrəsində "Anar Məmmədova məxsus şirkətin avtobusu qəza törətdi" başlığı altında olan məlumatların dəqiqləşdirilmədən verildiyini və təsdiqlənmədiyini bildirərək təkzib verib.

Təkzibdə deyilir: "Qəzet məlumatların həqiqətə uyğun olmadığını bildirir və bu cür məlumatları dərc etdiyinə görə Anar Ziya oğlu Məmmədovdan üzr istəyir".

İlkin
AzNews.az
Bağla X