21:30
(077) 610-22-33

İsa Qəmbərin müavini ifadə verdi

  • >
703 5 Dekabr 2012 15:42 | Siyasət

Nigar Yaqublu isə həbsdə qaldı



Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu müsavatçı gənc Nigar Yaqublunun məhkəməsində ifadə verib. Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə ifadə verərkən Tofiq Yaqublu qəzadan necə xəbər tutduğunu, hadisə yerinə nə vaxt çatdığını və nə gördüyünü təsvir edib.

O bildirib ki, qəzadan sonra Nigar "City Hospital" xəstəxanasında ciddi müalicə alıb, xəstəxana Nigarın fiziki və psixoloji vəziyyətinin pis olduğu və bu durumda ifadə verə bilməyəcəyi barədə istintaqa arayış göndərib.

Bundan sonra vəkil Adil İsmayılov məhkəmədən Nigar Yaqublunun ailə üzvlərinin telefon danışığının dinlənilməsi vasitəsilə əldə olunmuş sübutların sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb. O qeyd edib ki, dinləmə barədə məhkəmə qərarı olmadığına görə telefon danışıqlarına qulaq asılması qanunsuzdur.

Vəkilin digər vəsatətində istintaqın Nigar Yaqublunu ifadə verməyə şifahi formada dəvət olunmasına etiraz bildirilib.

Adil İsmayılov vurğulayıb ki, şifahi dəvəti əsas gətirib Nigarın istintaqa gəlməkdən yayınması qənaətinə gəlmək və onun haqqında həbs qətimkan tədbiri seçmək doğru deyil.

Məhkəmə prosesi dekabrın 7-də davam edəcək. Nigar Yaqublunun vəkillərinin vəsatətlərə həmin gün baxılacağı gözlənir.

AzNews.az
Bağla X