05:12
(077) 610-22-33

İranın 31 dekabr planının TƏFƏRRÜATLARI

  • >
570 8 Dekabr 2012 11:53 | Siyasət

Müdhiş planın müəllifləri bəlli oldu



İranın 31dekabrla bağlı müdhiş plan hazırlandığı barədə AzNews.az-ın yaydığı məlumatın təfərrüatları məlum olub.

Qeyd edək ki, İran 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinin qarşısını almaq məqsədilə həmin tarixi İran-Azərbaycan Həmrəylik Günü elan etmək niyyətindədir. Artıq bununla bağlı ilk müraciətlərin müəllifinin adı açıqlanıb.

Məlum olub ki, Təbriz Azad İslam Universitetinin tələbəsi Əmir Reyhani Təqvim Hazırlama Şurasına müraciət edib. O, müraciətində 1989-cu il dekabrın 31-də baş verən hadisələrin mahiyyətini tamamilə təhrif edərək həmin günü "İran və Azərbaycan Respublikasının müsəlman xalqlarının həmrəylik günü" adlandırılmasını təklif edib.

Müraciətdə bildirilib ki, Araz sahilinə toplaşan azərbaycanlıların həmrəylik mübarizəsi yanlış təqdim edilir. 31 dekabrda başlayan sərhəd hərəkatı azərbaycanlıların guya öz ana vətənləri – İrana sevgi və bağlılıqlarını göstərmələri kimi təqdim edilərək bu günün "İran və Azərbaycan Respublikasının müsəlman xalqlarının həmrəylik günü" adlanması istənilir: "Rüsvayedici Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Araz çayının şimal hissəsi əziz vətənimiz İrandan ayrıldı və Rusiyanın tabeçiliyinə keçdi. Rusiya hökumətləri bu ərazinin camaatının bir gün İrana qovuşacaqları fikrini onların zehnindən çıxarmaq üçün İslamdan üz döndərmə və İrana ikrah kimi müxtəlif tədbir və planlardan istifadə etdilər. Arazın şimalının camaatı (ki, rüsvayedici Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ana vətənləri İrandan ayrılıblar) iki əsrə yaxın ayrılıqdan sonra İrana qarşı öz sevgi və bağlılıqlarını bildirmək üçün rusların yaratdıqları bütün maneələrdən və Araz çayından keçərək İran torpağına ayaq basdılar...

İran İslam Respublikasının Təqvim Hazırlama Şurası bu tarixi günün həmişə xatırlanması məqsədilə dekabrın 31-ni "dey ayının 10-nu" "İran və Azərbaycan Respublikasının müsəlman xalqlarının həmrəylik günü" adlandırsın".

AzNews.az-a Təqvim Şurasına bu qəbildən müraciətlərin davam edəcəyi ilə bağlı da məlumatlar daxil olub. Beləliklə də Dünya azərbaycanlılarının həmrəylik günü olan 31 dekabrla bağlı İranın "unutdurma" planı icraya yönəldilir.

Alpər Oğuz
AzNews.az
Bağla X