15:35
(077) 610-22-33

Talış Birliyinin Gənclər Təşkilatı yarandı

  • >
1 956 10 Dekabr 2012 21:10 | Siyasət

Bu gün Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin Gənclər Təşkilatı ilk iclasını keçirib.

AzNews.az-a ADNDTB-nin sədri Mehdibəy Səfərovun verdiyi məlumata görə, birliyin Gənclər Təşkilatının yaranması barədə qərar qəbul edilib. Təşkilatın Məramnamə-Bəyanatı Birliyin Məramnaməsinə uyğun olaraq hazırlanacaq.

Məramnamə-Bəyanatın hazırlanması üçün Işçi Qrupu yaradılıb. On gün ərzində Gənclər Təşkilatının Məramnamə-Bəyanatı müzakirə olunacaq və təşkilati məsələyə baxilacaq.

Gənclər Təşkilatının iclasında Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri kimi Mehdibəy Səfərov və təsisçisi kimi Eldəniz Quliyev iştirak ediblər.

AzNews.az
Bağla X