10:22
(077) 610-22-33

Jalə Əliyeva komitə üzvü seçildi

  • >
1 870 14 Fevral 2017 12:46 | Siyasət

Azərbaycan Milli Məclisinin (MM) Əmək və sosial siyasət komitəsinə yeni üzv seçilib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında komitə üzvlüyünə deputat Jalə Əliyevanın namizədliyi irəli sürülüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da, MM-in Əmək və sosial siyasət komitəsinin üzvlərinin sayı 11-ə çatıb.

Xatırladaq ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.

Bağla X