- Köhnə - Siyasət
- 22 Fevral 2017 20:11
- 4 503
Sarkisyan erməni əsgərlərini siqaretsiz qoymaq istəyir
Ermənistanda əsgərlərə siqaret və kibrit verməyəcəklər. Müvafiq dəyişikliklərin sülh zamanı ərzaq təminatı standartlarına tətbiqinə dair qərar fevralın 23-də hökumətin iclasında baxılacaq.
AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, “Novosti Armeniya”yanın yaydığı məlumata görə, layihəni müdafiə naziri Vigen Sarkisyan təqdim edəcək.
Layihə Ermənistanın 2004-cü ildə qəbul etdiyi siqaret çəkməklə mübarizə konvensiyası, eləcə də siqaret çəkməklə mübarizə dövlət proqramı çərçivəsində Dünya Səhiyyə Təşkilatının tələblərinə müvafiq olaraq təqdim edilir.