05:31
(077) 610-22-33

Sarkisyan Putinlə danışıqlara gedir- Təsdiqləndi

  • >
19 846 1 Mart 2017 11:00 | Siyasət

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Rusiyaya 2 günlük rəsmi səfərə gedəcək.

AzNews.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat verib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezidentlərin gözlənilən görüşü barədə məlumatları təsdiqləyib.

Görüşün gündəliyində ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Dağlıq Qarabağa dair vəziyyətin müzakirəsi dayanır. Yekunda bir sıra investisiya sazişlərinin imzalanması gözlənilir.

Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarının görüşü 2 ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutacaq.

Aydan AXUNDOVA

Bağla X