09:37
(077) 610-22-33

Qadınlara 200 illik şalvar qadağası ləğv edildi

  • >
481 4 Fevral 2013 13:22 | Siyasət

Fransanın Paris şəhərində qadınlara şalvar geyinməyi qadağan edən qərar 200 ildən sonra ləğv edilib




Mətbuatın məlumatına görə, Fransa hökuməti 1800-cü ildə qəbul edilən qərarı ləğv edib. Beləliklə də Paris sakini olan qadınlar bundan sonra ictimai yerlərdə də şalvarla gəzə biləcəklər.

Qeyd edək ki, artıq 200 ildir ki, Parisdə qadınlara ictimai yerlərdə şalvar qadağası qoyan qanun formal da olsa qüvvədə idi. Polis belə qadınları qadağanı pozmaq səbəbindən hətta həbs edə bilərdi.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X