Mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində, həmçinin Naxçıvandakı baş konsulluqda səsvermə məntəqələri açılacaq. Mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində, həmçinin Naxçıvandakı baş konsulluqda səsvermə məntəqələri açılacaq.

Azərbaycanda seçki məntəqələri açılacaq - Prezident seçkiləri ilə bağlı

Mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində, həmçinin Naxçıvandakı baş konsulluqda səsvermə məntəqələri açılacaq.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məntəqələr səhər saat 8.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək.

Məlumatda bildirilir ki, hazırda Bakıda mindən çox İran vətəndaşı yaşayır.

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıya 300-dən çox iranlı idmançı, həmçinin çoxsaylı turistlərin gəlməsi gözlənilir. Onlar da seçki günü səs verə biləcəklər.

AzNews.az