21:36
(077) 610-22-33

“Avropada terror olanda qışqırıqları aləmi bürüyür” - Siyavuş Novruzov

  • >
1 864 2 May 2017 13:26 | Siyasət

“Avropa Şurası Parlament Assambleyasının Türkiyəni post-monitorinqdən monitorinqə keçirməsi təəccüblü deyil. Bir neçə dəfə Avropa strukturlarından Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqe sərgilənib. Bu da onlardan biridir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar, müzakirələr aparırlar: “Türkiyə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ədalətli keçirilib. Nəticələr 86-90 faiz olanda deyirlər ki, faiz çoxdur. 51 faiz olanda da deyirlər, azdır. Bu cür yanaşma ilə Avropa strukturları hara gedir?! Türkiyədə ədalətli səsvermənin nəticəsi idi ki, əhalinin 48 faizi əleyhinə səs vermişdi. Avropada bir terror aktı olanda qışqırıqları aləmi bürüyür. Bəs, Türkiyənin ərazisində baş verənlər necə olsun?”.

AzNews.az

Top xəbərlər
Bağla X