17:25
(077) 610-22-33

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika günü ilə əlaqədar Bəyannamə qəbul edib

  • >
957 29 May 2017 10:30 | Siyasət

ABŞ-ın Yuta ştatının senatoru Cin Deyvisin təşəbbüsü ilə Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar təbrik Bəyannaməsi qəbul edib.

AzNews.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan apa-ya verilən məlumata görə, Bəyannamədə 1918-ci ildə Azərbaycan Respublikasının təsis edildiyi bildirilərək, müstəqillik yolunda tarixi addımların atıldığı qeyd olunur.

Vurğulanır ki, Azərbaycanda mövcud olan milli-mədəni və dini müxtəliflik sülh və əmin-amanlıq içərisində yaşamaq istəyən bütün xalqlar üçün nümunə təşkil edir. Həmçinin, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu müddət ərzində ABŞ ilə yaxın əməkdaşlıq münasibətləri qurduğu bildirilir.

Sənədin sonunda Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanır.

Bağla X