10:45
(077) 610-22-33

"Putin “İŞİD”dən daha təhlükəlidir" – Con Makkeyn

  • >
3 870 30 May 2017 11:43 | Siyasət

ABŞ senatoru Con Makkeyn Rusiya prezidenti Vladimir Putini “İŞİD” terror qruplaşmasından daha təhlükəli ünsür hesab edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Makkeyn Putini ABŞ-a və dünyada təhlükəsizliyə qarşı ciddi təhdid mənbəyi adlandırıb.

“Düşünürəm ki, İŞİD dəhşətli hadisələr törədə bilər. Müsəlmanların inancı ətrafında baş verənlərə görə narahatam. Lakin demokratiyanın əsaslarını pozmağa, prezident seçkilərinin nəticələrini dəyişməyə çalışanlar məhz ruslardır”

Rusiyanın noyabr seçkilərinə müdaxilə etməsi məsələsi artıq bir neçə aydır ki, ABŞ və dünya mediyasının gündəmindədir.

Makkeyn Ağ Evi bu məsələ ilə əlaqədar indiyə qədər Rusiyaya qarşı tutarlı tədbir görməməkdə təqsirləndirib.

Arizona senatoru onu da qeyd edib ki, prezident Donald Trampın atacağı addımları əvvəlcədən müəyyən etmək mümkün olmadığı üçün çox narahatdır.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X