08:28
(077) 610-22-33

“Roma Papası üzr istəməlidir” – Kanada Baş Naziri

  • >
3 179 30 May 2017 13:31 | Siyasət

Kanadanın baş naziri Castin Trüdo katolik kilsəsinin Kanada məktəblərində mənfi roluna görə Roma Papası Fransisin üzrxahlıq etməsini istəyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nazir Vatikana səfəri zamanı belə bir müraciətlə çıxış edib.

1880-ci illərdə Kanadada katolik kilsəsinin idarə etdiyi məktəblər aborigen uşaqları məcburi şəkildə ailələrindən ayıraraq onları məktəblərdə yaşamağa məcbur edirdi. Burada onların doğma dillərində danışması və adət-ənənələrini icra etməsi qadağan olunmuşdu. Təxminən, 150 minə yaxın uşaq bu sərt rəftardan əziyyət çəkib.

Kilsə onları Kanada cəmiyyətinə assimilyasiya etməyə çalışıb.

Bu cür məktəblərin sonuncusu 1996-cı ildə bağlanıb.

Trüdo bildirib ki, pontifikin yerli camaatdan üzr istəməsi barışıq prosesinin sürətləndirilməsi üçün vacibdir. Trüdo Papanın üzr istəməsi üçün onu Kanadaya dəvət edib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X