14:34
(077) 610-22-33

Fuad Ələsgərov məhkəmə sistemindəki korrupsiyadan danışdı

  • >
338 11 Fevral 2013 15:53 | Siyasət

Məhkəmə-Hüquq Şurasının növbəti iclasında dövlət başçısı tərəfindən 2013-cü ilin «İKT İli» elan olunması nəzərə alınaraq informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dairəsinin genişləndirilməsi, şəffaflığın artırılması, iş üsul və vasitələrinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər vurğulanıb.



Həmçinin, qeyd olunub ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizə üzrə görülən işlərə baxmayaraq aparılmış təhlil və monitorinqlər bu sahədə əlavə təsirli tədbirlərin həyata keçirilməsi zərurəti yaradır.

Bununla əlaqədar çıxış edən Şura üzvü, Azərbaycan Respublikası Prezidenti Admnistirasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məhkəmə sistemində korrupsiya, vəzifədən sui-istifadə, süründürməçilik və digər neqativ hallara qarşı görülən işləri qeyd edib, ölkə Prezidentinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar tarixli iclasda korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının qarşıda mühüm vəzifələr qoyduğunu bildirib, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən belə halların qətiyyətlə aradan qaldırılması üçün konkret tədbirləri vurğulayıb.

İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşması məqsədilə mövcud problemlərin geniş müzakirəsinin keçirilməsinin, etik davranış kodeksinin tələblərinə dönmədən əməl edilməsinin, məhkəmə aparatı işçilərinin maddi və sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən hüquqi yardımın təkmilləşdirilməsi üzrə əlavə mexanizmlərin müəyyən olunmasının zəruriliyini qeyd ediblər.(femida.az)

AzNews.az
Bağla X