04:43
(077) 610-22-33

Mübariz Qurbanlı: “Bu, ən optimal və ədalətli yoldur”

  • >
434 12 Fevral 2013 12:39 | Siyasət

"Hələlik belə bir şey gözlənilmir. Artıq qanun qəbul olunub və o da çox ədalətlidir. Həmin qanuna uyğun da maliyyə vəsaiti ayrılıb" Bu fikirləri AzNews.az-a YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib

Hakim partiya funksionerinin sözlərinə görə, qanunda partiyalar seçkidə iştirak, toplanan səs, Milli Məclisdə tutulan yerə əsasən nəzərdə tutulub və ona uyğun da maliyyə ayrılıb:

"Qanunda dəyişikliyin nəzərdə tutulmasına gəlincə, parlamentdə təmsil olunan deputatlardan biri kimi deyə bilərəm ki, hələlik belə bir layihə ortada yoxdu. Əslində qanunda hansısa dəyişiklikliyin edilməsi də lazım deyil. Bu ən optimal və ən ədalətli yoldur".
Xatırladaq ki, mövcud qanun parlamentdən kənarda qalan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinə imkan yaratmır və bu üzdən də bəzi ekspertlər qanunda dəyişiklik olunmasını təklif ediblər.

Gültəkin
AzNews.az
Bağla X