- Köhnə - Siyasət
- 24 İyun 2017 11:25
- 5 281
Fransadan geri çağırılan səfir I vitse-prezidentin köməkçisi təyin edildi
Elçin Əmirbəyov Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin edilib.
AzNews.az xəbər verir ki, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi. İyunun 23-də prezidentin sərəncamı ilə o, həmin vəzifələrdən geri çağırılıb.