03:48
(077) 610-22-33

Həbs olunan siyasətçilərlə bağlı Baş prokurorla görüşəcək

  • >
377 13 Fevral 2013 13:06 | Siyasət



"Biz bir neçə səfirlə görüş keçirmişik. Dünən də Amerika səfirliyində görüş oldu. Həmçinin, bu gün Daxili İşlər Nazirliyində görüşümüz oldu".

Bunu AzNews.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu İlqar Məmmədovun və Tofiq Yaqublunun həbsindən danışarkən deyib. Hüquq müdafiəçisi bildirib ki, hər iki şəxsin azadolunma istiqamətində işlər davam etdirilir: "Həbslərlə bağlı Avropa Şurasını da məlumatlandırmışıq. Apardığımız işlərin nəticəsinə bir qədər inanırıq".

Həbs olunan şəxslərin həbs müddətinin artırılması ehtimalına gəlincə, N.Cəfəroğlu deyib ki, bu məsələ barədə Baş Prokurorla görüşəndən sonra məlumat veriləcək: "Gələn həftə Baş Prokurorla görüşəcəm. Ondan sonra bu məsələ ilə bağlı müəyyən fikirlər bildirəcəm".

Qeyd edək ki, "ReAl" hərəkatının sədri İlqar Məmmədova və "Müsavat" partiyasının başqan müavini Tofiq Yaqubluya İsmayıllı hadisələrinə görə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib həbs edilib. Hər iki şəxs qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunub.

İlkin
AzNews.az


Bağla X