23:38
(077) 610-22-33

“Elçibəy bizə belə bir tapşırıq verməyib” - CAVAB

  • >
481 18 Fevral 2013 09:29 | Siyasət

Qurban Məmmədov: “Əbülfəz Elçibəyin, İsa Qəmbərin rəhbərlik etdiyi bir təşkilat heç vaxt gedib belə bir bəyanata imza atmazdı”


"Belə bir bəyanat olmayıb və olması da mümkün deyil. Əgər belə bir sənəd varsa, ortaya çıxarsınlar görək, onu kim imzalayıb?"

Bunu 1990-cı illərdə AXC sədrinin müavini olmuş Qurban Məmmədov deputat Elmira Axundovanın 1991-ci ildə AXC-nin Pribaltikada ermənilərlə birgə bəyanat imzalamaları barədə ittihamına cavab olaraq deyib. Q.Məmmədov AzNews.az-a bildirib ki, hansısa azərbaycanlı, xüsusilə də Milli Azadlıq Hərəkatının təşkilatçılarından kimsə ermənilərlə belə bir bəyanat imzalayacaq qədər ağlını itirməmişdi.
E.Axundovanın sözügedən bəyanatın həmin vaxt "Azadlıq" qəzetində çap olunması ilə bağlı səsləndirdiyi fikrə gəlincə, Q.Məmmədov deyib ki, "Azadlıq" qəzeti tarixi bir mətbu orqandır və arxivlərdə də qalır: "Əgər belə bir informasiya bu qəzetdə gedibsə, hansı sayda çap olunduğunu desin. Mən o zaman AXC-nin sədr müavini olmuşam və bilirəm ki, Əbülfəz Elçibəyin, İsa Qəmbərin rəhbərlik etdiyi bir təşkilat heç vaxt gedib belə bir bəyanata imza atmazdı".
Q.Məmmədov onu da əlavə edib ki, ümumiyyətlə AXC-nin həmin illərdə ermənilərlə heç bir təması olmayıb: "Şəxsən mən o zamanlar heç bir görüşdə iştirak etməmişəm, Əbülfəz Elçibəy də heç vaxt bizə belə bir tapşırıq verməyib. Eyni zamanda da belə bir görüşün təşkili və kiminsə orada iştirakı barədə də mənim heç bir məlumatım yoxdur. Çünki, iddia olunan görüş olmayıb".

Gültəkin
AzNews.az


Bağla X