07:53
(077) 610-22-33

İsa Qəmbərin evində məxfi toplantı – EKSKLÜZİV

  • >
247 19 Fevral 2013 12:38 | Siyasət

GÖRÜŞDƏ NƏLƏR MÜZAKİRƏ OLUNUB?



Dünən Müsavat başqanı İsa Qəmbərin evində məxfi toplantı olub.
Bu barədə məlumatı AzNews.az-a toplantı iştirakçılarından biri verib. Məlumata görə, toplantıda Müsavat Partiyası başqanının sabiq müavini Vurğun Əyyub, partiya ali məclisinin sədri Arzu Səmədbəyli, AXP sədri Pənah Hüseyn, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və başqaları iştirak edib.

Belə ki, Müsavat Partiyası Divanının toplantısından sonra partiya başqanı İsa Qəmbərin evinə getməyi qərarlaşdırıblar. Həmin toplantıya görə İsa Qəmbərin evinin ətrafında izdiham yaşanıb. Mənbə toplantıda müzakirə edilən məsələlərin təfərrüatlarını açıqlamaq istəməsə də, bildirdi ki, müzakirələrin daha çox hissəsi bu il keçiriləcək prezident seçkilərinə həsr edilib.

Məsələ ilə bağlı əməkdaşımızın suallarını cavablandıran AXP sədri Pənah Hüseyn toplantının keçirilməsini nə təsdiq, nə də təkzib edib: "Dünən Müsavat Partiyasının Divanının iclası bitdikdən sonra partiya başqanı ilə çay süfrəsi ətrafında söhbətləşdik. Bu, xüsusi toplantı deyildi ki?! İsa Qəmbərin evinə getməmişik. Belə bir toplantı olubsa da, xəbərsizəm".

Azər
AzNews.az

Bağla X