12:08
(077) 610-22-33

“Elşad Abdullayev cavab verməlidir” - Siyavuş Novruzov

  • >
312 19 Fevral 2013 15:33 | Siyasət

“Elşad Abdullayev hər şeydən əvvəl gəlib Azərbaycanda qanun qarşısında cavab verməlidir, çünki onun törətdiyi konkret cinayətlər var”.



Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı cinayətin açılması üçün ABŞ prezidenti Barak Obamaya müraciət etməsinə münasibət bildirərkən deyib.

S.Novruzov deyib ki, Elşad Abdullayev hara müraciət etməsindən asılı olmayaraq, əvvəlcə özü gəlib Azərbaycanda bu cinayətlərə görə qanun qarşısında cavab verməlidir: "Onu özü də bizə öz cinayətlərini etiraf edib. Bura rüşvət vermə faktından tutmuş vətəndaşın hüquqlarını pozaraq gizli şəkildə kimlərisə videolentə almağa qədər olan faktlar var. Harasa müraciət etməsi onu məsuliyyətdən azad etmir. O qədər adam var ki, gah BMT-yə müraciət edir, gah ABŞ prezidentinə, gah da Fransa prezidentinə, amma bu nəsə demək deyil. Ona görə də Elşad Abdullayevin harasa müraciət etməsi bizim üçün ciddi əhəmiyyət kəsb etmir, çünki onun özü qanun qarşısında cavab verməyə borcludur".

YAP rəsmisi Elşad Abdullayev barəsində ittiham olunduğu cinayətlərlə bağlı tədbir görülüb-görülməyəcəyinə toxunub: "O bu və ya digər formada sadalanan cinayətlərin müəllifidir və buna görə də cavab verməlidir. Elşad Abdullayev bununla bağlı yəqin ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib".

AzNews.az
Bağla X