Rusiyalı politoloqlar BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını şərh ediblər. Rusiyalı politoloqlar BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını şərh ediblər.

BMT Azərbaycana ədalət naminə nə edə bilər? - Rusiyalı politoloqlar İlham Əliyevin çıxışı haqda (Video)

Rusiyalı politoloqlar BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını şərh ediblər.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı uğurlu çıxışına Rusiya mediası da geniş yer verib. AzNews.az Vestnik Kavkaza-ya istinadən xəbər verir ki, Prezident bildirib ki, Ermənistanın indiyə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsinə səbəb, beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilən ikili standartlardır: "Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın 20% ərazisini işğal altında saxlayır .

Azərbaycan prezidenti qeyd edib ki, Dağlıq Qarabağ - Azərbaycanın qədim və tarixi torpağıdır. Milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çıxışı zamanı İlham Əliyev bir daha vurğuyıb ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib:

"Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək azərbaycanlılara qarşı hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayətləri törətmiş hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir"

Azərbaycan münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiqdir. problemin həll olunmaması Ermənistan tərəfindən hərbi provokasiyalara aparır, hər iki tərəfdən insanlar həlak olur. Münaqişə beynəlxalq hüquq əsasında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri ilə nizama salınmalıdır. " deyə İlham əliyev çıxışında qeyd edib.

Məşhur rusiyalı siyasi ekspertlər də Prezident İlham Əliyevin çıxışını şərh ediblər.

Tarix elmləri namizədi Oleq Kuznetsov bildirib ki, BMT və dünya ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmək qabiliyyətindədir:

"Planetimizdə yerləşən istənilən kiçik dövlət, böyük dövlətlərdən asılıdır. Bu beynəlxalq münasibətlərin universal qanunudur. Bu səbəbdən, Ermənistanı qətnamələrə əməl etməyə məcbur etmək olar. Lakin, bir məsələ var. Ermənistan üçün hansı böyük dövlət patron-ölkə kimi təmsil etməlidir?

Daha əvvəl bu Rusiya idi. Lakin, Rusiya Ermənistanı qətnamələrə əməl etmək üçün tələsdirmirdi. İndi isə Ermənistanı Avroatlantik məkanda tərəfdaş etmək istəyir. Bu da onu göstərir ki, daha Ermənistanın patronu Rusiya deyil.

Nəzərə alaq ki, Ermənistanda 1500 nəfərlik heyəti olan böyük bir ABŞ səfirliyi yerləşir, deməli, İrəvan hakimiyyətin real lingləri ABŞ-ın əlindədir. ABŞ və Rusiya arasında isə yenidən konfliktlər baş qaldırıb. Tərəflər Ermənistanı qətnamələrə əməl etməyə məcbur etmək üçün kompromisə getməyə hazırlaşmır.

Siyasi tədqiqatlar İnstitutunun direktoru Serqey Markov isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi "Kazan formulu"nu qaydaya salmağa kömək edəcək:

"Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməlidir, 2 dəhlizlə əvəzlənməli, region demilitarizasiya olunmalıdır. Bundan sonra Azərbaycanın tərkibinə Dağlıq Qarabağın tədricən iqtisadi, sosial və humanitar reinteqrasiyası başlanmalıdır.

İlham Əliyevin BMT tribunasında çıxışı zamanı Xocalı soyqrımını törədənlərdən birinin Serj Sarkisyan olduğunu xatırlatması, Yerevanın zəifləmiş mövqelərini br daha çətinləşdirir. Digər tərəfdən Xocalı məsələsini yenidən gündəmə gətirir, dünya ictimaiyyətinin bir daha diqqətini cəlb edir, daha geniş meydançada tanıtmağa icazə verir ki, orada həqiqətən də cinayət baş verib.

Daha məntiqli olardı ki, Ermənistan prezidenti "Kazan formulu" ilə məsələni sülh yolluylahəllinə can atsın. Lakin,o, radikal diasporalarından qorxur" , - deyə Markov bildirib.