Azərbaycan Sosial Demokrat Partiyasının XIII-cü qurultayı keçirilib. Azərbaycan Sosial Demokrat Partiyasının XIII-cü qurultayı keçirilib.

Araz Əlizadə oğluna vəzifə verdi: “Parlament seçkilərində iştirak edəcək”

Azərbaycan Sosial Demokrat Partiyasının XIII-cü qurultayı keçirilib.

Qurultayda deputat Araz Əlizadə yenidən sədr, oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin seçilib.

Partiya sədri Araz Əlizadə AzNews.az-a açıqlamasında bildirib ki, Səməd Əlizadə uzun illərdir ki, partiyanın üzvüdür:

“2014-cü ildən o, beynəlxalq məsələlər şöbəsində fəaliyyət göstərirdi. İnanıram ki, biz bir-birimizi yaxşı başa düşəcəyik. Səmədin bütün Azərbaycan vətəndaşları kimi gələcəkdə parlament seçkilərində iştirak etmək hüququ var”.

Araz Əlizadə qeyd edib ki, partiyada cavan kadrlara üstünlük verilir: “Bizim əsas məqsədimiz odur ki, partiya daxilində ziddiyət olmasın”.

Bahar RÜSTƏMLİ

AzNews.az