Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi Azərbaycana səfər edəcək. Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi Azərbaycana səfər edəcək.

Əfqanıstanın maliyyə naziri Azərbaycana səfər edəcək

Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi Azərbaycana səfər edəcək.

Əfqanıstanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin dəvəti əsasında həyata keçiriləcək səfər noyabrın 7-8-də baş tutacaq.

Bildirilib ki, E.Ə.Hakimi Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. Əfqanıstanlı nazır Bakıda iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili iqtisadiyyat nazirinin müavini Sahil Babayevlə görüşüb. Görüşdə Azərbaycanla Əfqanıstan arasında iqtisadi sahədə əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

AzNews.az