02:53
(077) 610-22-33

MM-də Türkiyə müzakirələri: Abdulla Gül Xamneyiyə bənzədildi

  • >
351 22 Fevral 2013 11:25 | Siyasət

"Abdulla Gül saqqalsız, Xamneyi isə saqqallıdır, fərq budur"

Milli Məclisin bugünkü plenar iclasında Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyana göndərdiyi təbrik məktubu sərt şəkildə tənqid olunub.

AzNews.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Mübariz Qurnanlı Türkiyə Prezidentinin Ermənistan prezidentinə təbriki məktubunu pisləyib. O qeyd edib ki, Türkiyə Sarkisyanı təbrik edənlər arasında 3-cü olub.

Sonra çıxış edən Fazil Mustafa da Türkiyənin bu adımını pisləyib. Millət vəkili deyib ki, qardaş ölkənin göndərdiyi bu məktubu mənfi qarşılayır: "Amma bu məsələnin üzərinə çox getmək lazım deyil. Bir məktuba görə Türkiyəni bu qədər ittiham etmək də doğru olmazdı".

Millət vəkili Qüdrət Həsənquliyev isə Fazil Mustafa ilə razılaşmadığını deyib. Deputat bildirib ki, Türkiyə Ermənistan arasında yüksək səviyyə ticarət əlaqələri var: "Xamneyi də türkdür. Abdulla gül saqqalsız, Xamneyi isə saqqallıdır, fərq budur. Bunların nə fərqi var ki? Biz onu niyə tənqid etməməliyik?"


İlkin
AzNews.az

Bağla X