Güman edirik ki, ABŞ Prezidenti Barak Obama Xocalı soyqırımı, bütövlükdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələyə münasibət bildirəcək Güman edirik ki, ABŞ Prezidenti Barak Obama Xocalı soyqırımı, bütövlükdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələyə münasibət bildirəcək

“Ümid edirik ki, Obama münasibət bildirəcək“

Güman edirik ki, ABŞ Prezidenti Barak Obama Xocalı soyqırımı, bütövlükdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələyə münasibət bildirəcək




Bunu jurnalistlərə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səsin yığılmasına münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Hər halda bu məsələlərə münasibətin səsləndirilməsi və xalqın, insanların bu istəklərinin reallaşdırılması normal prosedur qaydasıdır. Düşünürük ki, bu prosedur qaydasına müvafiq olaraq, Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən Ağ Evə və sayta ünvanlanmış bu tələblər nəzərə alınacaq. Həm Xocalı soyqırımına, həm də bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bir az da diqqət artırılacaq, normal qiymət veriləcək", - PA rəsmisi bildirib.

Qeyd edək ki, Xocalı qətliamının tanınması və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səs toplanıb.

AzNews.az