Amerikanın məşhur “The Washington Times” qəzetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunan geniş məqalə dərc edilib Amerikanın məşhur “The Washington Times” qəzetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunan geniş məqalə dərc edilib

ABŞ Dağlıq Qarabağa maliyyə yardımını dayandırmalıdır - "The Washington Times"

Amerikanın məşhur “The Washington Times” qəzetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunan geniş məqalə dərc edilib

Məqalənin müəllifi “Yəhudi Xəbər Xidməti”nin redaktoru Jacob Kamarasdır.

AzNews.az “Dağlıq Qarabağ üzərində mənəvi kompasın itirilməsi” başlıqlı həmin məqaləni təqdim edir:

ABŞ prezidenti Donald Trampın may ayında 2018-ci maliyyə ili üçün dövlət büdcəsində Ermənistana ayrılması nəzərdə tutulan yardımı təxminən 70 faiz - 22,4 milyon dollardan 6,8 milyon dollara endirməsi Ermənistan üçün böyük zərbə oldu.

Bununla bərabər, təklif olunan büdcə Azərbaycana olunacaq 1 milyon dollara qədər yardımı (90 faiz) da kəsdi. Xarici yardımların kəsilməsi Tramp administrasiyasının seçimidir və nəzəri olaraq "şəxsi götürülməməlidir". Lakin Avrasiyada bu kəsilmələr nəticəsində administrasiya Dağlıq Qarabağda ərazi işğalının qurbanı olan Azərbaycanı cəzalandırmaqla əxlaqi kompasını itirir. Ermənistan isə əsl işğalçı kimi Dağlıq Qarabağda ərazi işğalının qalibidir.

Ermənistan və Azərbaycana baxdıqda tamamlanmamış böyük bir şəkil görünür. Əsl dilemma Dağlıq Qarabağda, İrəvan və Bakı arasında on illərdir davam edən münaqişədir.

Sentyabr ayında Ağ Ev Dağlıq Qarabağdakı kənd təsərrüfatı ərazilərində və kəndlərində humanitar təşkilat olan HALO Trust-ın deminasiya fəaliyyətinin davamlı olaraq konqres tərəfindən maliyyələşdirilməsini dəstəkləmək məqsədi ilə respublikaçı David Valadao tərəfindən təklif edilən düzəlişi qəbul etmişdir.

Kaliforniya demokratı Ceki Sper elan etdi ki, "Bu kasıbyana 1,5 milyon dollar Qarabağ xalqının fiziki və psixi sağlamlığına (dəqiq olaraq, Dağlıq Qarabağ) böyük təsir göstərməyi nəzərdə tutur.

Həqiqətən, 1,5 milyon dollar ABŞ xarici yardımının böyük sxemi çərçivəsində nisbətən "mütənasib" bir məbləğdir. Amma Amerika Dağlıq Qarabağ üçün maliyyə dəstəyi ilə dünyaya nə mesajı göndərir?

Əsas paketlər bunlardır:

• Amerika işğal edilmiş, tanınmayan ərazini maliyyələşdirir. Erməni işğalı Dağlıq Qarabağı Azərbaycan torpaqları kimi təsvir edən BMT Təhlükəsizlik Şurasının 853, 874 və 884 saylı qərarlarını, həmçinin Baş Assambleyanın 19/13 və 57/298 saylı qərarlarını pozur.

Dövlət Departamenti bildirir ki, ABŞ "Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və onun rəhbərliyi beynəlxalq səviyyədə və ya ABŞ tərəfindən tanınmır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında danışıqlar mövzusudur".

Ancaq Azərbaycanın ərazi bütövlüyünə əsl dəstək, Dağlıq Qarabağı tənzimləyən forma kimi erməni işğalına sərt əks mövqe olmalıdır.

• Amerika öz millət vəkillərinə hiylə qurmağa kömək edir. Dağlıq Qarabağ ABŞ-dan maliyyə dəstəyindən daha çox amerikalı millət vəkilləri, məsələn, Valadao, Frank Pallone, Nyu-Jersi Demokrat və Tulsi Qabbard, Havay Demokratları tərəfindən qəbul edilməyən səfərlər kimi əhəmiyyətli simvolik hərəkətlərdən faydalanır. Qanunvericiliyə görə, onların işğal altında olan Azərbaycan ərazisinə diplomatik səfər etmələri Azərbaycanın suverenliyini və ABŞ-ın açıq xarici siyasətini pozmaqdan başqa bir şey demək deyil.

Amerika Dağlıq Qarabağa maliyyə dəstəyini davam etdirdiyi təqdirdə konqres üzvləri də tanınmayan əraziyə səfər etməklə özlərinə haqq qazandırmaqda davam edəcəklər.

Rusiya prezidenti Vladimir Putin "Ermənistan və Rusiyanın mövqeləri bir-birinə yaxındır" deyib. Ermənistan prezidenti Serj Sarkisyan xarici siyasətini Rusiya maraqları ilə əlaqələndirir. İrəvanın Los-Anceles konsulluğunda “Rusiyaya xüsusi tərəfdaşlıq və müttəfiqlik əlaqələrini gücləndirmək və dərinləşdirmək" məqsədi vurğulanır. Təəccüblü deyil ki, Ermənistanın baş konsulu Sergey Sarkisov bir rus oliqarxıdır…

Məqalədə Ermənistan ilə Rusiya arasında təkcə sözlər deyil, konkret əməldə də iş görüldüyü vurğulanır. Rusiyanın zamanla Ermənistana ayırdığı maliyyə dəstəyi, satdığı silah-suarsatlar barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan sərhədləri və hava sahələri rus qoşunları və təyyarələri tərəfindən mühafizə edilir. Mətndə Ermənistanın Rusiyanın vassalı olduğu vurğulanır. “Nə üçün ABŞ Dağlıq Qarabağın işğalını maliyyələşdirməklə Ermənistanı maliyyələşdirməlidir?”- deyə sual edilir.

Məqalənin sonunda qeyd edilir:

Amerika əsl müttəfiqləri maliyyələşdirməlidir - Dağlıq Qarabağ kimi işğal olunan, tanınmayan əraziləri deyil. Bundan əlavə, ABŞ Ermənistanın qanunsuz hərəkətlərini rədd edərək ruslara güclü bir mesaj göndərməlidir. Dağlıq Qarabağın qorunması ABŞ-ın xarici yardımının ümumi qiymətinə əhəmiyyətli dərəcədə təsir edə bilməz. Amma mesaj bu ölkənin dünyadakı mövqeyi üçün əhəmiyyətli bir reverberasiya olardı - bu, Amerikanın xərcləri, praktikliyi və əxlaqı baxımından hələ də əhəmiyyətlidir.

Məqalənin orijinalı: Losing the moral compass over Nagorno-Karabakh

Elgün Mənsimov
AzNews.az