"Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, real münaqişədir". "Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, real münaqişədir".

İrəvandakı səfir Ermənistanı yıxıb sürüdü: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”

"Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, real münaqişədir".

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot deyib.

"Əgər təmas xəttində bu qədər əsgər ölürsə, bu münaqişə dondurulmuş adlandırıla bilməz. Məndə olan məlumata görə, bu il 57 əsgər həlak olub. Dağlıq Qarabağ münaqişəsi real münaqişə kimi insanlara və iqtisadiyyata mənfi təsir göstərir" - səfir qeyd edib.

Səfirin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirməkdə qətiyyət nümayiş etdirir.

Diplomat bu münaqişənin hərbi yolla həllini inkar edib. 3 prinsip - güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququna riayət edilməlidir.

Səfir qeyd edib ki, Fransa prezidentlərin Cenevrə, xarici işlər nazirlərinin Vyana görüşünü dəstəkləyir və danışıqların davam etdirilməsini vacib sayır.

O, həmçinin 2018-ci ilin əvvəlində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşünün keçiriləcəyini də əlavə edib.