15:07
(077) 610-22-33

Gülağa Aslanlı polisə çağırılıb

  • >
247 1 Mart 2013 14:06 | Siyasət

Müsavat başqanının müavini Gülağa Aslanlı Lənkəran şəhər rayon Polis Şöbəsinə dəvət olunub.

G.Aslanlının verdiyi məlumata görə çağırış bu il yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərin Lənkəran təşkilatının bərpasının 20 illik yubiley tədbirində iştirak etmək üçün bu şəhərə səfəri zamanı törədilən sui-qəsd cəhdi ilə bağlıdır.

Qeyd edək ki, G.Aslanlı məlum sui-qəsd cəhdi ilə bağlı yanvarın 18-də Respublika Prokurorluğuna müraciət edərək, baş verən hadisənin siyasi motivlə edildiyini və hadisəni törədən şəxslərin əməlində Cinayət Məcəlləsinin (CM)277-ci maddəsinin – terror aktının cinayət tərkibinin əlamətləri olduğunu, ictimai xadimin fəaliyyətinə son qoymaq məqsədilə edildiyini bildirib və törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, insanlara bədən xəsarətləri yetirilməsi, avtomobillərin əzilərək maddi ziyan vurulması ilə əlaqədar cinayət işi başlanılaraq zəruri istintaq hərəkətlərinin aparılmasını, cinayət törətmiş bütün şəxslər müəyyən edilərək məsuliyyətə alınmasını xahiş etmişdi.

Sözügedən ərizə Baş Prokurorluqda 2013-cü il yanvarın 18-də qeydə alınıb. Bu barədə bildiriş G.Aslanlının ünvanına göndərilib. Fevralın 6-da Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin rəis müavini kiçik ədliyyə müşaviri mübariz Əhmədovun imzası ilə G.Aslanlıya ünvanlanan məktubda bildirilib ki, onun Baş Prokurorluğa daxil olan müraciəti baxılması üçün Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Abdullayevə göndərilib.

Martın 1-də G.Aslanlının ünvanında daxil olan teleqram aşağıdakı kimidir: "Azərbaycan Respublikası Baş Prokurorluğuna yazdığınız şikayət ərizəniz Lənkəran şəhər rayon polis şöbəsinə daxil olmuşdur. Həmin ərizənin araşdırılması ilə bağlı şəxsiyyətinizi təsdiq edən sənədlə Lənkəran ŞRPŞ-ə gəlməyiniz zəruruidir".

Bu teleqramda konkret olaraq gün və saat göstərilməsə də, G.Aslanlı sabah səhər saatlarında dəvət olunan ünvanda olacağını bildirib .

AzNews.az
Bağla X