Çin ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanan Tayvana getmə qərarı səbəbiylə ABŞ tərəfinə nota verib. Çin ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanan Tayvana getmə qərarı səbəbiylə ABŞ tərəfinə nota verib.

Çin ABŞ-a nota verdi

Çin ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanan Tayvana getmə qərarı səbəbiylə ABŞ tərəfinə nota verib.

AzNews.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Lu Kang yazılı açıqlamada Trampın Tayvana getmə qərarı imzalamasına qətiliklə qarşı çıxdıqlarını və bu qərara görə Vaşinqton rəhbərliyinə nota verdiklərini bildirib.

Hökmün heç bir qanuni əhəmiyyəti olmadığını nəzərə alaraq, Çinin prinsipini ciddi şəkildə pozduğunu diqqətə çatdıran rəsminin sözlərinə görə qərar Tayvandakı müstəqillik qruplarına "ciddi yanlış bir siqnal göndərir".

Sözcü Lu, Vaşinqtonu Tayvan mövzusuna diqqətlə və düzgün bir şəkildə yanaşmağa çağırıb: "Çin, Amerika Birləşmiş Ştatlarını öz səhvini düzəltməyə, Tayvanla münasibətləri və əlaqələrini artırmamağa çağırır. Çin-ABŞ əlaqələrinin sülh və sabitlik şəraitində davam etməsi üçün şərtlərə əməl etmək lzımdır".

ABŞ prezidenti Donald Tramp dünən Birləşmiş Ştatlarla Tayvan arasındakı qarşılıqlı səfərlərə və Tayvanlı səlahiyyətlilərə ABŞ-a "nüfuzlu şərtlərlə" daxil olmağa dair qərar imzalayıb.

1949-cu ildə Çində Mao Zedongun hakimiyyətə gəlməsi səbəbiylə bəzi hökumət üzvləri Tayvan qaçaraq adada müstəqillik elan edib və millətçi Çin adını verərək Tayvanı qurub.

Pekin rəhbərliyi "tək Çin" ölkəsini qəbul edərək beynəlxalq ictimaiyyətdə sadəcə özlərini təmsil etdiklərini və Tayvana müstəqillik elan edərsə hərbi güclə müdaxilə edəcəklərini bəyan edib.