Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani və İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani və İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Qətər Əmiri və İsveçrənin prezidenti İlham Əliyevi təbrik etdilər - Fotolar

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani və İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

AzNews.az xəbər verir ki, Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram”.

İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur və Sizinlə bu ilin yanvar ayında Davosdakı görüşümüzü məmnunluq hissi ilə xatırlayıram.

İsveçrə Federal Şurası adından Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və davamlı firavanlığı istiqamətində bütün işlərinizdə uğurlar arzulayıram.

İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur. Mən səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər Sizin Prezidentliyinizin yeni dönəmində də uğurla davam edəcək.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramlarımı qəbul edin".