Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib. Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.

“N” saylı hərbi hissəsində AXC-nin 100 illiyi qeyd olundu

Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Hərbi hissənin zabiti mayor Elçin Kərəmov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. O, bu yubileyin soydaşlarımız tərəfindən böyük hörmət və ehtiramla keçirildiyini xüsusi qeyd edib.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.