Anna Akopyan - Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı siyasi dəlləkliyə başlayıb. O gün də, lap dəqiqi sentyabrın 15-də əsgər analarını Nazirlər Kabinetinə toplayıb, onlara xeyli öyüd-nəsihət verdikdən sonra Azərbaycan analarına da müraciət edib. Sən demə, o, möhkəm sülh tərəfdarı imiş, əsgərlərin tələf olmasını, anaların gözüyaşlı qalmasını istəmirmiş... Anna Akopyan - Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı siyasi dəlləkliyə başlayıb. O gün də, lap dəqiqi sentyabrın 15-də əsgər analarını Nazirlər Kabinetinə toplayıb, onlara xeyli öyüd-nəsihət verdikdən sonra Azərbaycan analarına da müraciət edib. Sən demə, o, möhkəm sülh tərəfdarı imiş, əsgərlərin tələf olmasını, anaların gözüyaşlı qalmasını istəmirmiş...

Paşinyan oğlunu Qarabağ klanına girov verib və... öldürdəcək! - Sensasiyalı şərh

Anna Akopyan - Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı siyasi dəlləkliyə başlayıb. O gün də, lap dəqiqi sentyabrın 15-də əsgər analarını Nazirlər Kabinetinə toplayıb, onlara xeyli öyüd-nəsihət verdikdən sonra Azərbaycan analarına da müraciət edib. Sən demə, o, möhkəm sülh tərəfdarı imiş, əsgərlərin tələf olmasını, anaların gözüyaşlı qalmasını istəmirmiş...

Xatırladaq ki, Anna Akopyan iyul ayında Moskvada səfərdə olarkən “Qadınlar sülh naminə” kampaniyasını başladıb və sırf dövlət başçısının arvadıdır deyə susmayacağını, münaqişənin dinc yolla həllini istədiyini bəyan edib.

Ancaq iş bundadır ki, öz arvadının əksinə olaraq Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarını pozan bəyanatlar irəli sürür. Paşinyan heç bir əsası və Azərbaycana təsir gücü olmayan bu cür iddiaları ilk növbədə arvadının dilindən səslənən “məsum” sülh çağırışlarını şübhə altına salır.

Belə çıxır ki, ya Paşinyan öz sevimli zövcəsini belə siyasi kursuna inandıra bilmir, ya da evdə “mən elə danışım, sən belə” deyə, məsləhətləşərək yerli və beynəlxalq ictimaiyyət qarşısında riyakarlıq edirlər.

Bütün hallarda Anna Akopyana bəzi gerçəkləri xatırlatmaq lazımdır.

Əvvəla, əgər onun canı erməni əsgərlərinə belə çox yanırsa, kiçicik bir araşdırma aparsın. Belə bir araşdırma aparsa, dərhal görəcək ki, Erməni əsgərləri Qarabağda ya Azərbaycana qarşı törətdikləri təxribatlar zamanı ölüb, ya da öz işğalçı ordularında baş verən hərc-mərcliklər nəticəsində! Həmçinin, erməni zabitlərinin işgəncələrinə dözməyən gənc əsgərlər intiharı çıxış yolu olaraq seçirlər. Bütün bunlar isə Ermənistan cəmiyyətində etirazla qarşılanır və əsgər anaları mütəmadi aksiyalar keçirirlər. Ermənistan mətbuatı özü etiraf edir ki, bu aksiyaların başlıca səbəbləri Ermənistan daxilində özbaşınalığın baş alıb getməsi, orduda nizam-intizamın olmaması və döyüş şəraitindən kənarda əsgərlərin ölməsidir. Hətta erməni əsgərlərinin qeyri-döyüş vəziyyətində ölməsi faktları o qədər artmışdı ki, Ermənistanın televiziya kanallarında yumor janrında çəkilən film və seriallara mövzu olurdu.

Məsələn, sırf rəsmi statisitikaya görə, 2013-cü ildə müəmmalı şəraitdə ölən əsgərlərin sayı 30 nəfər civarındadır.

Espress.am saytının məlumatına görə, 2014-cü ilin yanvarında İrəvanın “Azadlıq” meydanında əsgər ölümlərinə etiraz olaraq mitinq keçirilib və əsgər analarının ordunun 22 illiyi ilə bağlı tədbir keçirilən binaya daxil olmasına icazə verilməyib.

Həmin qadınlar 2015-ci ilin martında yenidən bu yerdə toplaşaraq övladlarının ölümündə günahkar olan hakimiyyətin istefasını tələb ediblər.

2017-ci ilin oktyabrın 26-da erməni hökumət binası qarşısında toplaşan etirazçılar hökumətin müdafiə sahəsində etdiyi bütün dəyişikliklərin əhalidən pul yığmaq üçün həyata keçirildiyini söyləyiblər.

Ötən il Rafael Hakobyan adlı əsgər biləklərini kəsərək intihar edib. Soso Davityan özünü yaralayıb, Aram Gevorkyan isə özünü vurmağa çalışıb. Belə faktlar onlarla, yüzlərlədir!

İşin bir başqa tərəfi də var.

Azərbaycan ordusuna çağırış Ana Yasa və digər qanunlara əsaslanır. Ermənistandakı çağırışçıların Dağlıq Qarabağa göndərilməsi və Dağlıq Qarabağda səfərbərlik aparılması isə tam qanunsuz, beynəlxalq hüquqa ziddir.

Müşahidələr göstərir ki, Ermənistan Qarabağa kasıb ailələrin övladlarını göndərir, hərdən-hərdənsə hansısa tanınmış şəxsin oğluna hərbi libas geyindirib şou düzəldirlər. Elə Paşinyanın oğlunun Qarabağda “hərbi xidmət” keçməsinin bir qayəsi də budur. Başqa bir ehtimal da budur ki, Paşinyan öz oğlunu Qarabağ klanına girov verib.

Əlbəttə, Azərbaycan hərbi kəşfiyyatı Paşinyanın oğlunun yerini yaxşı bilir və istər snayperçilərimiz, istərsə də ordumuzun digər bölmələri onu yerləşdiyi bölük qarışıq məhv etməyə qadirdir. Lakin belə görünür ki, Paşinyanın oğlunu Azərbaycan əsgəri deyil, ya Qarabağ klanı, ya da... heç də təəccüblənməyin, Paşinyan özü öldürtdürəcək. Birinci versiya məlum, klanın maraqlarına dərindən toxunmamaq qarşısında Paşinyanın oğlu Qarabağda toxunulmaz qalır. İkinci versiya isə daha dəhşətlidir. Qarşıdan gələn seçkilərdə Paşinyan hakimiyyətdən getmək təhlükəsi ilə üz-üzə qalacaq və öz reytinqini artırmaq üçün oğluna sui-qəsd təşkil edəcək. Adını da belə qoyacaq ki, guya onun oğlu Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Hə, Anna Akopyan madam belə ürəyiyumşaqdır, onda ilk növbədə öz oğlunu öz ərindən qorumalıdır!

Yoxsa, hamı başa düşür ki, orta statistik erməni anası öz övladının işğalçı siyasətə qurban getməsini arzulamır və buna qarşı çıxır. Paşinyanın arvadı isə bu etirazları yumşaltmaq üçün onların başının altına “yumşaq ürəyi”ni yastıq qoyur. Lakin unudur ki, erməni qadınları onun çağırışlarına qulaq vermir.

Politoloq Mübariz Əhmədoğlunu dinləyək:

“Qarabağ müharibəsində ölən, şikəst olan adamlar indi çox əziyyət çəkirlər, xarabaxanada yaşayırlar. Onlara gələn payın bir qismini Serj Sarkisyan, bir qismini Koçaryan, qalanları da Manvel Qriqoryan kimilər yedi. Yəni, Qarabağda döyüşən erməniyə ağrıdan, xəstəlikdən, evsizlikdən, yoxsulluqdan başqa heç nə qalmadı. Əgər erməni dövləti və diasporu 20 ildə onların problemini həll edə bilməyibsə, Anna Akopyan da o problemi həll edə bilməyəcək. Anna Akopyan əri baş nazir olandan sonra təklif irəli sürdü ki, Ermənistanda evsiz adamlar çoxdur. Artıq bağ evi olan, evində yaşamayan ermənilər öz evlərini evsizlərə versinlər. Lakin heç bir erməni onun çağırışına qoşulmadı. Ona görə də onun bu çağırışı da, Qarabağ əlillərinə kömək etmək çağırışı da cavabsız qalacaq.”

Bəli, Azərbaycan əsgəri üçün öz torpaqlarının müdafiəsi zamanı ölmək şərəfdir. Azərbaycan əsgəri BMT tərəfindən tanınmış sərhədlərini qoruyur, torpağının, anasının, bacısının namusunu müdafiə etmək üçün həlak olur.

Erməni əsgəri isə, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, ölmək istəmirsə, Azərbaycan torpaqlarından bir an öncə çıxmalıdır!

Əgər Anna Akopyan da erməni əsgərlərinin ölümünü istəmirsə, erməni qadınlarına çağırış etməlidir ki, övladlarınızı Ermənistanın işğalçı ordusuna verməyin!

Pərvanə AĞAZADƏ
AzNews.az