Azərbaycanın bölgələrinə ilk səfərim qədim Naxçıvandan başladı. Muxtar respublika ilə tanışlıqdan çox məmnunam. Azərbaycanın bölgələrinə ilk səfərim qədim Naxçıvandan başladı. Muxtar respublika ilə tanışlıqdan çox məmnunam.

"Naxçıvan şəhəri ilk andan etibarən məndə böyük təəssüratlar yaratdı" - Çexiyalı diplomat

Azərbaycanın bölgələrinə ilk səfərim qədim Naxçıvandan başladı. Muxtar respublika ilə tanışlıqdan çox məmnunam.

AzNews.az-ın məlumatına görə, Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşına müsahibəsində Çexiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Daniel Putik söyləyib.

Diplomat deyib: “Naxçıvan şəhəri ilk andan məndə böyük təəssüratlar yaratdı. İnanıram ki, burada olduğum müddətdə təəssüratlarım daha da zənginləşəcək. Bu baxımdan Naxçıvan şəhərinin tarixi məkanları daha çox diqqətimi cəlb etdi. Xüsusən Xalça Muzeyi, Xan sarayı, Möminə xatın türbəsi, Duz Muzeyi və digər mədəniyyət müəssisələri Naxçıvanın qədim və zəngin tarixini əks etdirir”.

“Qədim diyarın siyasi tarixinin öyrənilməsi baxımından Xan sarayının xüsusi əhəmiyyəti var. Biz burada Naxçıvan xanlığı, Kəngərli sülaləsi, Naxçıvanın dövlətçilik tarixi barədə maraqlı məlumatlar öyrəndik”, - deyə Daniel Putik əlavə edib.

AzNews.az