11:44
(077) 610-22-33

Milli Şura AMİP-ə “elçi düşdü“

  • >
364 16 May 2013 15:59 | Siyasət

"Bizə edilən təklifdə AMİP-in Milli Şurada iştirak etməsini istəyirlər. Bizim irəli sürdüyümüz şərtləri təşkilatçılar məqbul hesab edirlər"

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında AMİP sədri Yusif Bağırzadə partiyanın Millli Şurada iştirakı məsələsinə münasibət bildirərkən deyib.

Yusif Bağırzadə bildirib ki, qarşıda Azərbaycan ictimai-siyasi həyatında çox ciddi məsələ baş verəcək: "Bu Azərbaycanda keçiriləcək prezident seçkiləridir. Prezident seçkiləri ərəfəsində Azərbaycanda siyasi müxalifət partiyaları arasında yenə də canlanma müşahidə olunur. İndiki halda əsas məsələ Milli Şuranın yaradılması ətrafında baş tutan müzakirələrdir. AMİP Azərbaycanda siyasi partiyaların bir nöqtədən çıxış etməsinin tərəfdarıdır. AMİP də son bir ildə bu istiqamətdə addımlar atıb".

Yusif Bağırzadə Milli Şuranın yaradılmasını siyasi partiyaların bir araya gəlməsi istiqamətində addım hesab edir: "Bu meydana gələrsə, seçkiöncəsi müxalifət partiyalarının bir araya gəlməsinə şərait yaradar. Bu barədə bu gün AMİP-ə müraciət daxil olub. Biz müraciəti partiyada müzakirə edib rəsmi mövqeyimizi bildirəcəyik. Hələ ki daxil olan müraciət qeyri rəsmidir. Millli Şuranın yaradılması ilə bağlı təşkilatçılardan rəsmi müraciət olduqdan sonra bunu partiyanın siyasi şurasında müzakirə edib qərarımızı verəcəyik".

AzNews.az
Bağla X