17:33
(077) 610-22-33

“EL” rəsmisi KXCP-ni qınadı

  • >
345 22 May 2013 10:52 | Siyasət

"Onlar siyahı hazırlamaqla düz eləmədi"



Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Milli Şura siyahısına qarşı tərəfin reaksiyası gecikməyib. Milli Şura ideyasının əsas təşəbbüskarlarında olan, "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında KXCP-nin belə bir siyahı tərtib etməsinin doğru olmadığını deyib:

"Bu siyahıda KXCP-ninm görmək istədiyi adamlardır. Burada təəccüblü heç nə görmürük. Bu siyahının içindən ən yaxşıları seçilməlidir. Sadəcə bunun mətbuata verilməsini başa düşmürəm. Onlar bilirlər ki, biz danışıqlar aparırıq, indiki durumda belə siyahının tərtib olunması, mətbuata verilməsi yolverilməzdir. Bu siyahıda adları çəkilən şəxslərin hər birinə sayğı ilə yanaşıram. Doğurdan da onların hər biri Milli Şurada təmsil olunmağa layiq insanlardır. Təkcə siyahı ilə iş bitmir ki?"-deyə E.Quliyev vurğulayıb.

Kinodramaturq Rüstəm İbrahimbəyovun bu məsələyə necə münasibət göstərəcəyindən xəbərsiz olduğunu deyən "El" rəsmisi KXCP-nin bu addımının siyasi baxımından yalnış olduğunu deyib:

"Rüstəm bəyin münasibətindən xəbərim yoxdur. Bizim münasibətimiz birmənalıdır. Sadəcı bu siyahının mətbuata çıxarılmağınlı tələskənlik hesab edirəm".

Qeyd edək ki, KXCP Milli Şurada görmək istədiyi şəxslərin siyahısını açıqlayıb. Mətbuata göndərilən siyahıda ölkənin ictimai-siyasi sektorundan tanınan şəxslərdən ibarətə 102 nəfərin adı qeyd olunub.

AzNews.az
Bağla X