00:04
(077) 610-22-33

İraq Türkiyəyə xəbərdarlıq etdi

  • >
484 4 Avqust 2012 09:11 | Siyasət

İraq, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna Kərkükü ziyarət etdiyinə görə nota verib. Bunun cavabında Nazirlik, İraq səfirliyinin nümayəndəsini yanına çağırıb. AzNews.az –ın Haberturk.com-a istinadən verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyi, İraqın verdiyi nota ilə bağlı bildirib ki, Kərkük ziyarətindən sonra İraqdan gələn münasibət qəbul edilməzdir. Diplomatik qaynaqlardan əldə olunan məlumata görə, İraq səfirliyinin nümayəndəsi də buna cavab olaraq, Türkiyənin hər addımını açıq-aşkar atdığını, gizli bir gündəmi olmadığını bildirib. Və bu səbəbdən də İraqın notasına münasibət bildirərkən diqqətli olmasının vacibliyini vurğulayıb.

Mirvari Nəcəf

AzNews.az


Bağla X