07:56
(077) 610-22-33

III Şərq Tərəfdaşlığı Sammiti başlayır

  • >
364 28 Noyabr 2013 09:08 | Siyasət


Bu gün Litva paytaxtı Vilnüsdə III Şərq Tərəfdaşlığı Sammiti öz işinə başlayır. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sammitdə Azərbaycan da daxil olmaqla Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə bağlı məsələ müzakirə ediləcək.

Ukraynada son günlər baş verən hadisələrdən sonra bu ölkə ilə bağlı müzakirələrin aparılıb-aparılmaması böyük diqqət doğurur. Litvanın baş naziri Alqirdas Butkyaviçyusun sözlərinə görə, Ukrayna ilə saziş imzalanmayacağı təqdirdə bu məsələ uzun müddətə təxirə salınacaq.

Litva prezidenti Dalya Qribauskayte isə optimist fikirlər səsləndirib. Onun sözlərinə görə, görüşün nəticəsi bütün hallarda müsbət olacaq: ""Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələr islahatlar keçirirlər. Gələcəkdə Avropaya inteqrasiya üçün çox şeyə nail olmaq mümkün olub".

Qeyd edək ki, noyabrın 29-dək davam edəcək sammitdə 34 ölkənin nümayəndə heyəti iştirak edəcək.

Elnarə
AzNews.az
Bağla X