Rassmusen: “Gürcüstan NATO-ya çox yaxınlaşıb“

Gürcüstan NATO-ya çox yaxınlaşıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstan-NATO komissiyasının iclasında alyansın baş katibi Anders Foq Rasmussen çıxış edib.

O qeyd edib ki, Gürcüstan ölkə daxilində nəzərə çarpacaq islahatlar həyata keçirib, həmçinin Əfqanıstanda təhlükəsizliyin qorunmasına öz töhfəsini verib. "Alyans Gürcüstanı dəstəkləməkdə israrlıdır", - deyə o vurğulayıb.


AzNews.az