19:55
(077) 610-22-33

Cəmil Həsənli Milli Şuradakı gərginlikdən danışdı

  • >
269 7 Dekabr 2013 10:03 | Siyasət

“Təhlükə o qədər də ciddi deyil”




"Müsavat Partiyasının Milli Şuranı tərk etməsini gözləmirəm. Əslində, məsələ mətbuatda daha gərgin görünür. Təhlükə o qədər də ciddi deyil".

Bunu AzNews.az-a açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin və Milli Şurada təmsil olunan partiya funksionerlərinin açıqlamalarına da münasibət bildirən C. Həsənli deyib ki, Milli Şurada mühit demokratik əsaslara söykənir: "Təşkilatda fikir müxtəlifliyi labüddür. Müəyyən məsələlərə münasibətdə fikir ayrılığı da ola bilər. Bu fikir ayrılıqları da normal qəbul olunmalıdır".

"Qarşılıqlı ittihamların və Müsavat Partiyasının Milli Şuranı tərk etməsi təhlükəsinin qarşısının alınması üçün danışıqlar aparılırmı" sualını da cavablandıran C. Həsənli deyib ki, daim Milli Şura üzvləri ilə görüşləri olur və bu ünsiyyətlər zamanı Milli Şuradakı vəziyyət də müzakirə edilir: "Əlbəttə, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və digərləri ilə görüşlərim keçirilir. Mövcud vəziyyətlə bağlı ciddi müzakirələrimiz olur".

Məhəmməd
AzNews.az

Bağla X