00:27
(077) 610-22-33

Müsavat danışıqlara gedir

  • >
384 11 Dekabr 2013 11:10 | Siyasət

"Müsavat Partiyası Milli Şura çərçivəsində danışıqlara start verir".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı deyib.

O bildirib ki, Müsavat Partiyasının müavinliyinin iclası keçirilib və partiya Divanının Milli Şura çərçivəsində aparacağı müzakirələr və məsləhətləşmələr yenidən müzakirə olunub: "Yəqin ki, bu həftənin sonuna qədər ilk görüş keçiriləcək. Görüş yalnız Milli Şurada təmsil olunan partiya və təşkilatlarla aparılacaq".

Partiya başqanının müavini ilk müzakirə aparılacaq təşkilatın adını isə açıqlamayıb.

Qeyd edək ki, dekabrın 9-da Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Divanda partiyanın Milli Şuradan çıxması ilə bağlı gözlənildiyi kimi birmənalı razılıq əldə edilməsə də, qərara gəlinib ki, Müsavat Milli Şurada təmsil olunan AXCP, KXCP, "El" hərəkatı, "Nida" Gənclər Təşkilatı, Ziyalılar Forumu və digər qurumlarla ikitərəfli, o cümlədən çoxtərəfli danışıqlara start versin.

AzNews.az
Bağla X