05:50
(077) 610-22-33

Vitse-spiker: “Həmsədrlər münaqişənin həll olunmasını istəmədilər”

  • >
213 5 Yanvar 2014 09:59 | Siyasət

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2013-cü il üçün müsbət fikir söyləyə bilməyəcəyimə görə təəssüf edirəm".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların yekunları haqda danışarkən bildirib.

B. Muradovanın sözlərinə görə, 2013-cü il də Dağlıq Qarabağ probleminin həlli sülh danışıqları prosesi kimi davam edib: "Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin ədalətli həllindəki fəaliyyəti nəticənin əldə olunmasına bir o qədər də təsir göstərmədi".

B. Muradova ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı yayılan fikirlərə də münasibətini bildirib: "Həmsədr ölkələrin yeniləri ilə əvəz edilməsinin tərəfdarı deyiləm. ABŞ, Rusiya, Fransa kifayət qədər güclü dövlətlərdir və Ermənistana münaqişənin həlli ilə bağlı çox ciddi təsir göstərmək imkanları var.

Təəssüf ki, ötən illərdən bəri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllində həmsədr ölkələr öz imkanlarını tam sərgiləməyiblər.

Görünür, onlar münaqişənin həll olunmasını istəmədilər. İnanırıq ki, artıq bu istiqamətdə 2013-cü ilin sonunda əriməyə başlamış buzlar 2014-cü ildə böyük bir selə çevrilərək. Çox istərdik ki, gələn il Dağlıq Qarabağ münaqişəsinin həllini ilə bağlı aparılan danışıqlarda konkret fəaliyyətin şahidi olaq".

Amid Əyyuboğlu
AzNews.az
Bağla X