- Köhnə - Siyasət
- 7 Yanvar 2014 13:11
- 2 226
Cəmil Həsənli və Eldar Namazov arasında TƏCİLİ görüş
Bu barədə Milli Şuranın rəhbərliyinə yaxın mənbədən məlumat daxil olub. Məlumatda bildirilir ki, Müsavat Partiyasının Milli Şuradan çıxması birliyin rəhbərində ciddi narahatlıq yaradıb. O, Eldar Namazovu dilə tutacaq ki, "El" hərəkatı Milli Şuradan getməsin.
Məlumatlı mənbə bildirir ki, "El" hərəkatı hələ ötən ilin 30 dekabrında Milli Şuranın İdarə Heyətində təmsil olunmayacağı barədə qərar verib. EL Hərəkatının üzvləri artıq Milli Şuranın fəaliyyətində və həyatında iştirak etmirlər. Onların əksər üzvlərinin istefa verməsi də mümkündür. Lakin bu barədə İdarə heyətinin hələlik qərarı yoxdur. (musavat.com)