21:53
(077) 610-22-33

Asim Mollazadə: “Ermənistanı sülhə məcbur edə bilmərik”

  • >
497 8 Yanvar 2014 17:00 | Siyasət


"Ermənistan əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qeyri-etik şəkildə davam etdirəcək".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə bildirib. Onun sözlərinə görə, Ermənistan danışıqlarda imitasiyaya davam edəcək. Bu da danışıqların nəticəsiz qalmasına gətirib çıxaracaq:

"Azərbaycan bütün imkanlardan istifadə edərək, Ermənistana qarşı beynəlxalq təzyiqləri daha da artırmalıdır. Biz bu məsələni beynəlxalq təşkilatlarda daha aktiv gündəmə gətirməliyik. Bu təzyiqlərlə işğalçı Ermənistanı qeyri-konstruktivlikdən uzaqlaşdıra, etik qaydada danışıqlara cəlb edə bilərik".

A.Mollazadə bildirib ki, əslində Ermənistan hərbi forpostdur və qərarları özü vermir: "Ermənistana zor tətbiq etmədən, regionda gedən proseslərdən təcrid etmədən sülhə məcbur edə bilmərik".

O, Azərbaycanın xarici siyasətinin bu yöndə fəaliyyət göstərdiyini də qeyd edib.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X