09:38
(077) 610-22-33

Vitse-spikerdən Milli Şuradakı istefalara reaksiya

  • >
525 13 Yanvar 2014 11:04 | Siyasət

"Guya onlar gələndə bu qurum güclənmişdi ki?"




Milli Şuradan istefalarda təəccüblü heç nə yoxdur, bu, gözlənilən idi.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova son günlərdə Milli Şuradan istefalara münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, bu oyuncaq qurum elə əvvəldən dağınıq formada fəaliyyət göstərirdi:

"O nəinki üzərinə götürdüyü öhdəliklərini, iddialarını, ambisiyalarını reallaşdırmaq imkanında deyildi, müəyyən müddətə belə "vahid məqsəd" ətrafında birləşmək istəyində olan bu dairələr hətta ardıcıl olaraq söhbətləşmək imkanlarından da məhrumdurlar. Ona görə də bu qurumdan ardıcıl olaraq həm siyasi partiyalar, həm də şəxslər çıxırlar".

Vitse-spiker hesab edir k, bu istefaların da elə bir əhəmiyyəti yoxdur: "Guya onlar gələndə bu qurum güclənmişdi ki, indi də zəifləsin? Ayrı-ayrılıqda özlərinin heç bir imkanları, sosial bazaları, ictimai-siyasi proseslərə təsir imkanları olmayanların bu və ya digər qurumda istər birləşməsi, istər dağılması heç bir prosesə hansısa təsir göstərmir.

Ona görə də onların ora girməsi neçə təsirsiz idisə, onarın oradan çıxması da o dərəcə təsirsizdir. Burada dəyişən heç nə yoxdur. Sadəcə, mehriban düşmənlərin münasibətləri açıq fazaya keçib".

B.Muradovanın sözlərinə görə, hər kəs bilir ki, AXCP ilə Müsavat Partiyası heç zaman birləşib hansısa bir istiqamətdə gedə bilmirlər: "Onların ətrafında olan, guya özlərini ictimai-siyasi fiqur hesab edən ayrı-ayrı şəxslərin də bu və ya digər qurumda oturması, çay içib, siqaret çəkməsi, hansısa məsələ ətrafında hap-gop etməsinin, ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi mühitinə hansısa təsiri yoxdur.

Çox qəribədir ki, eyni entuziazmla bu partiyaların, bu şəxslərin bu qurumda birləşməsini bəyan edənlər bu gün də eyni entuziazmlə oradan çıxmağın vacibliyini vurğulayırlar. Yəni, dünən birləşməsini əsaslandırırdılar, bu gün də dağılmasını əsaslandırırlar".

AzNews.az
Bağla X