Milli Şuradan istefa verən “EL“ təmsilçisi danışdı

"İstefam sessiyada baş verənlərdən qaynaqlanır"


Milli Şuradan son istefa verənlərdən olan, EL hərəkatının təmsilçisi Rahim Bağırov istefasının səbəbi barədə qısaca danışıb. O, "Yeni Müsavat"a açıqlamasında qeyd edib ki, istefasının səbəbləri barədə geniş danışmaq istəmir. O, istefasının MŞ-nin sessiyasında baş verənlərdən qaynaqlandığını da vurğulayıb.

Həmçinin EL hərəkatında işlərinin çoxluğunu da əsas gətirib: "İstefamla bağlı Cəmil Həsənlinin açıqlamasını oxudum. İstefamın "Yeni Müsavat" qəzeti ilə heç bir bağlılığı yoxdur. Milli Şuraya uğurlar arzulayırıq, ancaq istəmədik orada qalaq".

Xatırladaq ki, Milli Şuranın yanvarın 16-da keçirilən sonuncu sessiyasında "El" hərəkatının iki üzvü - Köçəri Nağıbəyli və Rahim Bağırov istefa verib.

AzNews.az