19:02
(077) 610-22-33

Rüstəm İbrahimbəyovdan Müsavata sərt ittihamlar

  • >
572 18 Yanvar 2014 09:58 | Siyasət

"Müsavat Partiyasının Milli Şuradan çıxması demokratik qüvvələrin birliyinin zəifləməsi kimi qəbul oluna bilərdi. Ancaq Müsavat rəhbərliyi nəzərə almadı ki, Milli Şura partiyaların birliyi deyil və ordan çıxmaq qərarını hər bir Milli Şura üzvünün yalnız özü verir".


Bunu Azadlıq qəzetində dərc olunan məqaləsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bildirib.

R.İbrahimbəyov qeyd edib ki, Milli Şuradan məsafə saxlamaq Müsavata hakimiyyətlə yaxınlaşmaq üçün lazım olub:

"Çünki seçkidəki uğursuzluqdan sonra mövcud müxalifəti "radikallara" və rejim üçün zəruri olan kompromislərə gedə bilən "konstruktiv düşünənlərə" bölə bilmək hakimiyyətə çox vacib idi. Müsavat rəhbərliyi öz hərəkətlərinə bəraət qazandırmaq üçün belə bir tezis irəli sürüb ki, Milli Şura prezident seçkiləri dövründə müvəqqəti birlik kimi lazım idi.

Milli Şura həqiqətən də seçki ilində yaradıldı, ancaq 20 illik ixtilafdan və qarşılıqlı ittihamlardan sonra demokratik qüvvələrin birləşməsi faktı cəmiyyət tərəfindən ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi qəbul olundu; ümid yarandı ki, müxalifətin sıralarını cəmiyyətin bütün təbəqələrinin hörmətli nümayəndələri genişləndirəcək.

Təəssüf ki, bu ümid yalnız qismən özünü doğrultdu - Milli Şurada nüfuz uğrunda mübarizə aparan partiya liderləri ilə hesablaşmaq zərurəti qurum üzvlərinin sayının zəruri həddi keçməsinə gətirib çıxardı.

Sözdə Milli Şurada şəxsi nümayəndəlik prinsipinin üstünlüyü ilə razılaşan partiya liderləri bir çox hallarda ümumpartiya qərarları ilə öz təşkilatlarının üzvlərinin Milli Şuradakı diskussiyalarda müstəqil fikir yürütmək hüquqlarını məhdudlaşdırırdılar.

Sonradan Müsavat rəhbərliyinin aramsız tələb və iradları səbəbindən situasiya bir qədər də mürəkkəbləşdi, bu da Milli Şuranın seçkidən sonrakı dövrdə fəaliyyət proqramının işlənib hazırlanması və təsdiqini uzatdı".

Elnarə
AzNews.az
Bağla X