01:41
(077) 610-22-33

İran Teleradio Şirkəti azərbaycanlılardan üzr istədi

  • >
1 613 17 Avqust 2012 12:14 | Siyasət

İran Dövlət Teleradio Şirkətinin nümayəndəsi parlamentin fövqəladə iclasında Azərbaycanda zəlzələ baş verən zaman televiziyada yayımlanan verilişlərə görə üzr istəyib. Bu barədə məlumatı İRNA xəbər agentliyi İran parlamentinin abadlaşdırma komissiyasının üzvü Məhəmməd Firuziyə istinadən yayıb.

AzNews.az-ın məlumatına görə, Teleradio Şırkətinin üzr istəməsinə səbəb Şərqi Azərbaycanda zəlzələ baş verən zamanı televiziya kanallarında əyləncəli yumor proqramlarının yayımlanması olub.

Millət vəkilləri İran telekanalının verlişlərini tənqid edərək bu qurumu Azərbaycan zəlzələsinə etinasızlıqda ittiham edib. İran televiziyasında zəlzələ ilə bağlı xəbərlərin yayımlanmaması əhali arasında da narazılıqla qarşılanıb.

Alpər
AzNews.az
Bağla X