06:40
(077) 610-22-33

Suriyada tutulan türk jurnalist şok faktlar açıqladı

  • >
807 28 Avqust 2012 10:43 | Siyasət

Döyüşçü “jurnalist” hökumət kanalına çıxarılıb



Suriyada itkin düşmüş Türk jurnalist Cüneyt Unal Suriyanın hökumət kanalı Əl-İkbariya kanalında peyda olub. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Ünal televizyada çıxışı zamanı bildirib ki, "o və onun iordaniyalı həmkarı Bəşər Fəhmi daha iki yaponiyalı jurnalistlə birlikdə, avqustun 20-də qanunsuz olaraq Türkiyə-Suriya sərhədlərini keçiblər. Yaponiyalı jurnalistlərdən biri-Mika Yamomoto Aleppo şəhərində atışmalar zamanı qətlə yetirilib".

Ünalın sözlərinə görə, onlar müxaliflərə qoşularaq hökumət qüvvələrinə qarşı Aleppo şəhəri uğrunda gedən döyüşlərdə iştirak ediblər və döyüşlərin birində hökumət qüvvələri tərəfindən əsir götürülüb. " Bütün qiyamçılar silahlanmışdı, onların arasında Çeçenistandan, Liviyadan, Qətərdən və Səudiyyə Ərəbistanından olan silahlı qruplar var idi. Daha sonra hökumət qüvvələri ilə atışmalar oldu və mən əsir götürülərək buraya gətirildim".

Türkiyə mətbuatından da Ünalın açıqlamasına reaksiya gəlib. Onlar Ünalın səhhətinin yerində olduğunu bildirsələr də, onun çox gərgin olduğunu qeyd ediblər. Cüneyt Ünalın həyat yoldaşı Nuran Ünal isə Türkiyə mətbuatına açıqlamasında bildirib ki, "onu sağ gördüyümə sevinirəm, amma açıq-aydın hiss olunur ki, ona təzyiq göstərilib".

Video görüntülər yayımlandıqdan sonra, Türkiyə Xarici İşlər Nazirliyindən də reaksiya gəlib. Əhməd Davutoğlu mətbuata açıqlamasında Türk jurnalistin "qiyamçılar tərəfindən döyüşməsi" ilə bağlı fikirlərini təkzib edib və onun təhlükəsizliyi ilə bağlı məsuliyyəti rəsmi Dəməşqin üzərinə qoyub.

Sadiq
AzNews.az
Bağla X