19:28
(077) 610-22-33

İsa Qəmbərin məhkəmə xəbərdarlığına BŞİH-dan REAKSİYA

  • >
1 186 27 Mart 2014 10:14 | Siyasət


"Müsavat Partiyasının qurultay keçirmək istəyi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətində baxılır və qərar olduqdan sonra cavab veriləcək".

Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətin (BŞİH) ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib. O bildirib ki, Müsavat Partiyası 2014-cü il mayın 24-də növbəti qurultayını keçirmək üçün paytaxt rəhbərliyinə müraciət edib. Şöbə müdirinin sözlərinə görə, hazırda müraciət baxılma mərhələsindədir. Z. Ranazanov Müsavat Partiyasının bu məsələ ilə bağlı məhkəməyə müraciət etməklə bağlı mövqeyinə isə isə belə cavab verib: "Bu haqda heç nə deyə bilmərəm. Bu, onların öz işidir".

Qeyd edək ki, Müsavat Partiyası 1 ay əvvəl BŞİH-yə rəsmi müraciət edərək, qurultay üçün yer ayrılmasını istəyib. Paytaxt rəhbərliyi isə müraciətə cavab verməyib. Partiya isə bununla bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Amid
AzNews.az
Bağla X