02:08
(077) 610-22-33

AŞPA-da lehimizə qərar çıxarıldı

  • >
1 292 11 Aprel 2014 11:13 | Siyasət

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Sərsəng su anbarının işğalıyla bağlı ilk rəsmi məruzə hazırlanacaq.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ( AVCİYA) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, AVCİYA-nın prezidenti, deputat Elxan Süleymanovun təqdim etdiyi və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanan qətnamə layihəsi aprelin 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olunub.

Sədarət Komitəsi Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsini AŞPA-nın sosial komitəsində baxılması və məruzəçinin təyin edilməsi barədə qərar qəbul edəndən sonra prosedur qaydalara görə məsələyə AŞPA-nın Bürosunda baxılmalı idi. Bu gün Büro məsələyə baxaraq Sədarət Komitəsinin qərarını təsdiqləyib və məruzəçi təyin olunması üçün sosial komitəyə göndərib. Məruzəçi sosial komitənin 12 mayda Kiprdə keçiriləcək növbəti iclasında təyin ediləcək.

Qeyd edək ki, bu məruzə 25 il ərzində işğal altında olan Sərsəng su anbarının vəziyyəti, 410000 əhalisi olan 6 cəbhəyanı rayonlara (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Yevlax) vurduğu iqtisadi, ekoloji, bioloji, mənəvi zərər, həmçinin, törədə biləcəyi humanitar fəlakətin nəticələrinə dair ilk məruzə olacaq.

İntiqam
AzNews.az
Bağla X